Digər
APA
Milli.Az
Cənubluların maşını paytaxtda toqquşdu: 1 ölü, 6 yaralı
Bakıda ağır yol qəzası qeydə alınıb.
APA
-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 22-nə keçən gecə Qaradağ rayonunun Lökbatan qəsəbəsində Lənkəran rayon sakini
Vüsal Həsənovun və Astara rayon sakini
Yusif Bağırovun idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub.
V.Həsənovun sərnişinlərindən Lənkəran rayon sakini
İrşad Kazımovhadisə yerində ölüb, hər iki sürücü və dörd sərnişin xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Milli.Az