Dünya

Cənubi Afrikada alnında 12 rəqəmi yazılan uşaq doğulub

Metbuat.az

Bakı, 28 mart,

AZƏRTAC

Cənubi Afrikada Hanru van Niekerk adlı körpə alnında 12 rəqəmi ilə dünyaya gəlib.


AZƏRTAC

xarici KİV-lərə istinadla xəbər verir ki, Hanru van Niekerk ötən il noyabrın 11-də doğulsa da, körpənin nənəsi Catherine Joost 2-3 ay sonra uşağın alnındakının 12 rəqəmi olduğunun fərqinə varıb. Həkimlər ailəyə narahat olmamağı tövsiyə ediblər. Bildiriblər ki, zaman keçdikcə körpənin alnındakı rəqəm də solaraq yoxa çıxacaq.


Cənubi Afrikada Johannesburg şəhərində yaşayan ailə isə bu vəziyyəti özlərinə dərd etmirlər. Əksinə ətrafdakıların körpə ilə maraqlanmasından məmnundurlar. Körpəni görənlər isə zarafatla onun dünyaya bir gün tez gəldiyini deyirlər.