İdman

Çempionlar Liqasında hər gecə 11 qol: Əlvida, Mou!

Metbuat.az

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.



Qol.az

-ın məlumatına görə, ötən gecə keçirilən iki matçla daha iki 1/4 finalçının adı bəlli olub.



“Çelsi” Londonda PSJ-ni qəbul edib. Fransada baş tutan ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alındığından bu oyuna maraq böyük idi. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunda əlavə 30 dəqiqə oynanılıb. Burada komandalar hərəyə bir dəfə fərqləniblər - 2:2. Səfərdə iki qol vurduğu üçün 1/4 finala PSJ klubu adlayıb.



Digər görüşdə “Şaxtyor” (Donetsk) “Bavariya”nın qonağı olub. “Alyans Arena”da keçiriləcək oyuna da maraq az deyildi. Ukraynada oynanılan ilk qarşılaşmada qolsuz heç-heçə qeydə alınsa da, Münhen klubu cütün favoriti hesab olunurdu. Rəqibinə 7 cavabsız qolla qalib gələn "Bavariya" 1/4 finala adlayıb.



11 mart

Çempionlar Liqası, 1/8 finalın cavab oyunları

23:45. "Çelsi" (İngiltərə) - PSJ (Fransa) - 2:2

(İlk oyun - 1:1)


Qollar: Kehil, 81 (1:0), D.Luiz, 86 (1:1), Hazard, 96-pen (2:1), T.Silva, 114 (2:2)


Qırmızı vərəqə: Zlatan İbrahimoviç, 31 (PSJ)



23:45. "Bavariya" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 7:0

Qollar: Müller, 4-pen (1:0), Boatenq, 34 (2:0), Riberi, 49 (3:0), Müller, 52 (4:0), Badştuber, 63 (5:0), Levandovski, 75 (6:0), Qötze, 88 (7:0)


Qırmızı vərəqə: Kuçer, 3 ("Bavariya")


(İlk oyun - 0:0)



10 mart

"Portu" (Portuqaliya) - "Bazel" (İsveçrə) - 4:0

Qol: Brahimi, 14, Herrera, 47, Kasemiro, 56, Abubakar, 76


(İlk oyun - 1:1)



 "Real" (Madrid, İspaniya) - "Şalke" (Almaniya) - 3:4

Qol: Fuks, 20 (0:1), Ronaldo, 25 (1:1), Huntelar, 40 (1:2), Ronaldo, 45+1 (2:2), Benzema, 53 (3:2), Sane, 57 (3:3), Huntelar, 89 (3:4)


(İlk oyun - 2:0)



Milli.Az