Digər

Cəmil Həsənli mitinqdə çıxış etdi (FOTO)

Metbuat.az

Bakıda Milli Şura tərəfindən qiymət artımına etiraz aksiyası keçirilir.



ANS PRESS-in virtualaz.org-a istinadən verdiyi məlumata görə, Cəmil Həsənli çıxışını manatdan və sosial problemlərdən daha çox öz facebook profilinə müdaxilə üzərində qurdu. Bunu pislədi.



Sonra bazarlardakı qiymətlərindən danışdı. Bananın bahalığından gileyləndi. Ən diqqətçəkən məqam o idi ki, C.Həsənli bananın qiymətindən danışanda Ə.Kərimli qəfildən gülümsədi.



“Talana son!” şüarı altında keçirilən mitinq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb.



Mitinq saat 15:00-da keçmiş “Məhsul” stadionunda (“İnşaatçılar” metronun yanında) başlayıb. Bakıda qiymətlərin bahalaşmasına, rüşvət və korrupsiyaya qarşı etiraz aksiyası keçirilir.







Mənbə
ANS PRESS