İdman
"Çelsi"nin klassiki daha bir il komandada
Azərbaycan, Bakı, 26 mart /Trend/
“Çelsi” canlı əfsanəsi Con Terri ilə müqaviləni rəsmən yeniləyib.
Trend-in klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın kapitanı ilə müqavilənin müddəti daha bir il müddətinə uzadılıb.
Beləliklə, London klubunun canlı əfsanəsi 2015/16 mövsümünün sonuna kimi komandasının şərəfini qoruyacaq.
Qeyd edək ki, Terriylə movcud müqavilə bu mövsümü sonu başa çatırdı.
Xatırladaq ki, 1998-ci ildən, düz 17 ildir “Çelsi”nin şərəfinu qoruyan Terri əsas komandada 661 oyun keçirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az