Digər

Cəlilabadda ev yanıb

Metbuat.az

[ 31 Mart 2015 13:04 ]



Cəlilabad. Ağəddin Babayev - APA. Azərbaycanın Cəlilabad  rayonunda  yanğın hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kənd sakini Elşad Əli oğlu Rüstəmova məxsus  fərdi yaşayış evində  qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə yanğın lokallaşdırılmaqla onun yardımçı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 117 kvadratmetr olan birmərtəbəli 3 otaq və eyvandan ibarət evin iki otağı  içindəki əşyalarla birlikdə yanaraq yararsız vəziyyətə düşüb.

İlkin versiya kimi yanğının  elektrik naqillərindəki qısaqapanmadan qaynaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.