Ölkə
Cəlilabad-Yardımlı avtomobil yolunda torpaq sürüşməsi baş verib
Cəlilabad, 4 mart, Bağır Əliyev,
AZƏRTACSon günlər havaların yağmurlu keçməsi cənub bölgəsinin bəzi dağlıq ərazilərində olduğu kimi, Cəlilabad-Yardımlı avtomobil yolunun Pərdi kəndindən keçən hissəsində də torpaq sürüşməsinə səbəb olub. Nəticədə yolda nəqliyyat vasitələrinin hərəkətində bir sıra çətinliklər yaranıb.
Cəlilabad rayon fövqəladə hallar komissiyasının sədri Asif Əzizov
AZƏRTAC-a bildirib ki, yeni salınmış yolda sürüşməyə məruz qalmış ərazinin bərpa edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib, avtomobillərin intensiv hərəkəti təmin olunub.