Digər
Cəlilabad sakini su quyusuna düşərək boğulub
[ 18 Mart 2015 12:48 ]
Bakı. Fuad Cəfərov - APA. Cəlilabad sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 17-də Cəlilabad rayonunun Maşlıq kənd sakini Novruz İmanov evinin həyətindəki su quyusuna düşərək boğulub.
Araşdırmalar aparılır.