Digər
Cəlilabad sakini su kanalında boğularaq ölüb
[ 07 Mart 2015 13:20 ]
Bakı. Hafiz Heydərov - APA. Cəlilabad sakini su kanalında boğularaq ölüb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 6-da Cəlilabad rayonunun Uzantəpə kəndində kənd sakini Fəqan Həsənov ehtiyatsızlığından su kanalına düşərək boğulub.
Faktla bağlı araşdırma aparılır.