Ölkə

Cəbhədən həyəcan siqnalı (VİDEO)

Metbuat.az

Cəbhə bölgəsinə yaxın bir ərazidə yerləşən zastavanın şəxsi heyəti həyəcan siqnalı ilə ayağa qaldırılır.



ANS PRESS-in məlumatına görə, bu dəfə ANS TV-də “Marş” verilişində bu barədə ətraflı danışılacaq.



Bundan başda, cəbhədə keşik çəkən sərhədçilərimiz də hər an işğalçılarla döyüşə atılmağa hazırlıqları barədə bəhs ediləcək.



Sərhədçilər də erməni kəşfiyyat-təxribat qruplarına qarşı mübarizə aparırlar. Sərhədlərimizi qoruyan sərhədçilər digər bir istiqamətdə pozulan sərhədlərimizə də nəzarət edirlər.



Bu və başqa cəbhə xəbərlərilə tanış olmaq istəyənlər aprelin 4-də, saat 15.20-də, növbəti "MARŞ"ı izləyə bilərlər.



Mənbə
ANS PRESS