Digər

Cəbhə bölgəsində son vəziyyət - VİDEO

Metbuat.az
“Kanal S”in əməkdaşları cəbhə bölgəsində çəkiliş aparıb və çox maraqlı görüntülər əldə ediblər. Cəbrayıl, Füzuli, Şuşa, Xocalını hər zaman ağrı-acı ilə xatırlayırıq. Bu rayonların adlarını əbəs yerə hallandırmadıq. Cəbrayılın Cocuqmərcanlı və Füzulinin Horadiz kəndləri ərazisində çəkiliş aparılıb. İndiyədək düşmən tapdağı altında olan bu ərazilərdə uçulub-tökülmuş tikililəri sakit şəkildə seyr etmək mümkün deyil. Divarlarda həkk olunmuş güllə izləri acı həqiqətlərin nişanəsi kimi indiyədək qalmaqdadır. Vətən torpaqlarının hər qarışı bizim üçün əzizdir. Mənfur düşmən isə hər an təxribata hazırdır. Görüntülərdə heç də uzaqda olmayan düşmən postları da diqqəti cəlb edir. Ayıq-sayıq əsgərlərimiz isə hər zaman düşməni susdurmağa, onlara layiqli cavab verməyə hazırdır. Millətimizin hər bir fərdi kimi, əsgərlərimiz də torpaqların düşməndən azad olunacağı günü səbrsizliklə gözləyirlər. Ana Vətən bizi səsləyir. Gec ya tez, haqq-ədalət öz yerini tapacaq, gördüyünüz bu xarabalıqların yerində yeni müasir yaşayış məntəqələri inşa olunacaq. İndi bu torpaqlarda öz vətəni imiş kimi var-gəl edən ermənilər isə həmin xarabalıqlarla birlikdə dəfn olunacaqlar.
 
Erməni vandalizminin digər nümunəsi olan Cəbrayılın Cocuqmərcanlı kəndinin düşməndən azad olunmuş bir hissəsi... Çəkiliş zamanı bir daha şahid olduq ki, ordumuzun qəhrəman əsgərləri həmin torpaqları düşmən tapdağından azad etməyə hər an hazırdırlar. Əsgərlərdə ruh yüksəkliyi isə onlara hər zaman dəstək olan insanların isti münasibətindən qaynaqlanır. Əsgərlərimiz bayram ərəfəsində də yaddan çıxmır.
Füzuli Dövlət Dram Teatrırnın kollektivi onların görüşünə əliboş gəlməyib. Təşkil olunan konsert proqramında maraqlı səhnəciklər nümayiş olunub. Əsgərlər rəqs edib əyləniblər.

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.