CAR-da 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar sərgi keçirilib
Bakı. 30 mart. REPORT.AZ/ Bu gün Azərbaycanın Cənubi Afrika Respublikasındak
ı (CAR) səfirliyi
Xocalıfaciəsinin 23-cü ildönümü və 31 mart Azərbaycanlıları
n Soyqırımı Günü ilə əlaqədar diplomatik korpusun binasında Heydər Əliyev Fondunun təqdim etdiyi fotoşəkillər və kitablardan ibarət sərgi təşkil edib.
Səfirlikdən "Report"a verilən məlumata görə, sərgidə 31 mart Azərbaycanlıları
n Soyqırımı Günü və Xocalı faciəsinin tarixi və ağır nəticələri haqda geniş məlumat verilib və Xocalıda azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyi vurğulanıb. Sərgi zamanı qonaqlara həmçinin Xocalı faciəsinin 23-cü ildönümü və 31 mart Azərbaycanlıları
n Soyqırımı Günü haqda məlumatlar əks edilmiş broşürlər paylanıb və Azərbaycanın
Dağlıq Qarabağmünaqişənin həlli ilə bağlı ədalətli mövqeyi diqqətə çatdırılıb.
Səfir Elxan Poluxov hər iki soyqırım barəsində qonaqlara geniş məlumat verərək, Ermənistan-Azərb
aycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı günədək öz həlli yolunu tapmadığı bildirib və Azərbaycanın münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini vurğulayıb.
O, çıxışında Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla Əliyevanın bu istiqamətdə apardığı geniş iş və onun əhəmiyyəti barədə söz açıb və edilən səylər nəticəsində Xocalı faciəsinin bir çox ölkələr tərəfindən tanındığı tədbir iştirakçılarının nəzərinə çatdırıb.
E.Poluxov münaqişənin həlli ilə bağlı beynəlxalq ictimaiyyəti və qonaqları Ermənistanın təcavüzünə qarşı qəti və güclü mövqedə dayanmağa və Xocalı faciəsini soyqırımı kimi tanımağa çağırıb.
Qeyd edək ki, sərgidə dövlət nümayəndələri, CAR-lı iş adamları, CAR-da akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, həmyerlilərimiz və KİV nümayəndələri iştirak ediblər.