Sosial

Canavarlar kəndə hücum çəkdilər

Metbuat.az

Ağstafa rayonunun Dağkəsəmən kəndinə canavarlar hücum edib. Kəpəz TV (Region TV) xəbər verir ki, yırtıcılar bu dəfə

Ramiz Quşçuyev

ə məxsus atı parçalayıblar.



Xüsusən gecə saatlarında kənd ərazisində görünən yırtıcılar sahibsiz qalan heyvanlara hücum edirlər.



Kənd sakinlərinin sözlərinə görə, canavarlar kəndin içində sərbəst şəkildə hərəkət edir ki, bu da onları narahat edir.



Qeyd edək ki, Ağstafanın Dağkəsəmən kəndinə canavarlar bir müddət öncə də hücum edərək, iki uzunqulağı parçalamışdı.



Milli.Az