Cadu edilən ailə ANS-ə danışdı (VİDEO)
Müəmmalı bağlamadakı şəkillərin sahibi tapılıb.
Ötən gün Bakı dairəvi yolunun, Lökbatan qəsəbəsi ərazisinə düşən hissəsində tapılan naməlum bağlamaların içərisindəki rəsmlərin kimə aid olduğu artıq məlum olub.
“İç xəbər”in axşam buraxılışı yayımlanandan dərhal sonra şəkildəki ailənin üzvləri ANS TV-nin “qaynar xətt”ilə əlaqə saxlayaraq paytaxtda yaşadıqlarını bildiriblər. Məlum olub ki, Bakı dairəvi yolundan onlar tez-tez istifadə edir. Adının Habil olduğunu deyən şəxs bizdən sadəcə həmin rəsmləri geri istəyib. Bu arada o, ekstrasensin ehtimal etdiyi fikirlərlə də razılaşmayıb. Bundan əlavə sözügedən ailə başcısı həm də ekstrasens Timur Nəsirovla da əlaqə saxlayıb. Ona isə bildirib ki, bu mistik düşüncəli insanların ona qarşı hazırladığı hansısa əməldir. Buna görə də ekstrasens həmin bağlamanı öz üslubunca tam təhlükəsiz vəziyyətə gətirib. Qaldı ki, ehtimal edilən fikirlərin düz olub olmamasına Timur Nəsirov bildirdi ki, bu bağlama torpağa təzə badırılıb: "Ona görə də bu ailəyə tezliklə təsir edə bilməz. Vaxt keçdikcə öz təsirini göstərəcək. Hazırda bunun ailəyə təsiri çox zəifdir".
Nəzərinizə çatdıraq ki, bizimlə əlaqə saxlayan Habil adlı şəxs dedi ki, onun ailəsində heç bir problem baş verməyib, hər şey öz qaydasındadır:
"Heç bir problem baş verməyib. Mən bu cür şeylərə inanmıram. Və heç kimdən də şübhələnmirəm".
Habil müəllim demiş, onsuz da bu əməllər boş şeydir. Bu fikrə düşən və nə vaxtsa, bu cür əməllərdən yararlanmaq istəyənlər vaxtlarını boşa xərcləməsinlər.
ANS TV: Nurlan Rafiqoğlu