Digər
Bursada dörd azərbaycanlı qazdan zəhərlənib
[ 28 Mart 2015 11:54 ]
Bakı. Ağa Cəfərli - APA. Türkiyənin Bursa vilayətində Erenler küçəsində tüstü bacasının bağlı olması səbəbindən kömür sobasından sızan karbomonoksit qazından 7 nəfər zəhərlənib.
APA-nın Türkiyənin Haberler.com xəbər portalına istinadən verdiyi xəbərə görə, zəhərlənənlərdən biri 31 yaşlı Taylan Əhmədoğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Digər altı nəfər xəstəxanaya çatdırılıb, vəziyyətləri normaldır.
Taylan Ahmetoğlu, Səltənət Əhmədoğlu, Mehek Ahmetoğlu və azərbaycanlılar Teylam Əhmədov, Cumalı Əhmədov, Qaneş Əhmədov, Sevgi Əhmədova səhər saat 04:40 radələrində evdə huşunu itirmiş vəziyyətdə tapılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.