Digər

Bu uşağı görənlər şoka düşür (FOTO)

Metbuat.az

Çində 3 yaşındakı uşağın xəstəliyi görənləri şoka salır.



ANS PRESS-in məlumatına görə, Çao Penqveinin adlı qızcığazın başı "Hidrosefali" xəstəliyi səbəbiylə hər keçən gün böyüyür. Çaonun kəlləsinin diametri lazım olandan təxminən 2 qat böyükdür.



Həkimlər 3 yaşındakı uşağın təcili olaraq əməliyyat olunmasını söyləyirlər. Əks təqdirdə kiçik Çao vaxtsız dünyasını dəyişəcək.



Çaonun ailəsi təxminən 22 min avroluq əməliyyat xərcini ödəyə bilmədiklərini ifadə edirlər. Ailə Çaonun əkiz qardaşını da 3 aylıqkən itiriblər.



Qeyd edək ki, bənzər bir hadisə Hindistanda baş vermişdi. Beynində su yığıldığı üçün başı böyüyən balaca Rona həkimlərin məsləhəri ilə əməliyyat olunmuşdu. Balaca uşaq bu əməliyyatdan sonra öz sağlamlığına qabuşmuşdu.
























Mənbə
ANS PRESS