Dünya

Bu qadınlar İŞİD-ə divan tuturlar - FOTO

Metbuat.az

Dünyanın ən böyük, ən təhlükəli terror qruplaşması sayılan "İraq və Şam İslam Dövləti" (İŞİD) mənsublarının çəkindikləri, döyüşlərdə nəyin bahasına olursa-olsun məhv etməyə çalışdıqları, niyyətlərinə çatmayanda da qaçdıqları bir hərbi birləşmə var.



Həmin birləşmə yalnız Suriya prezidenti Bəşər Əsədə tabe olan Respublika Qvardiyasının tərkibindəki "Milli Müdafiə Aslanları" (Lionesses for National Defence) taburudur.
 
Taburun tərkibində yalnız qadınlardır.
 
Milli.Az Meforum-a istinadən bildirir ki, 800 hərbçi suriyalı qadından ibarət alay Suriyanın paytaxtı Dəməşqlə yanaşı, ölkənin şimalında da döyüşür.
Respublika Qvardiyasının elitar birləşməsi sayılan "Aslanlar" indi Dəməşqin şimal və şərq həndəvərlərini nəzarət altında saxlayırlar.
 
Zirehli-tank alayında xidmət edən qadınların əksəriyyəti tankçılar və qumbaratanlar olsalar da, onların arasında snayperlər, diversantlar və kəşfiyyatçılar da az deyil.
 
Halbuki, cəmi 4 il əvvəl Suriya ordusunda qadınlardan ibarət hərbi birləşmənin mövcudluğu ağlasığmaz ehtimaldı. Hələ suriyalı qadının tank sürməsi və ya qumbaraatanla davranması fantastika təsiri bağışlayardı.
 
İndisə "Aslanlar" Suriya ordusunun elitar birləşmələrindən biri kimi həm Dəməşq həndəvərlərini terrorçulardan qoruyurlar, həm də ölkənin şimalında İŞİD-ə qarşı vuruşurlar.
 
İŞİD terrorçuları sələfi olduqlarından, qadın döyüşçülərdən qorxurlar. Sələfilərin inanclarına görə, qadın əlindən ölən "mücahid" cənnətə düşmür.
 
Bu səbəbdən də İŞİD mənsubları "Aslanlar"la döyüşlərdə hərbçi qadınları məhv etməyə çalışırlar, alınmayanda da qaçıb canlarını qurtarırlar.
 
Milli.Az