Digər

Bu ölkənin prezidenti Bakıya gəlir

Metbuat.az

Pakistan prezidenti Məmnun Hüseyn martın 11-14-də Azərbaycanda rəsmi səfərə gələcək.



ANS PRESS-in məlumatına görə, bu barədə Pakistan prezidentinin rəsmi saytı məlumat yayıb.



Bildirilib ki, Azərbaycana prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq səfər zamanı aparılacaq danışıqlarda iqtisadiyyat, ticarət, təhsil, müdafiə, elm və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılacaq.



Səfər çərçivəsində Azərbaycan-Pakistan biznes forumu keçiriləcək.



Səfər proqramına uyğun olaraq, M.Hüseyn Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya bu ölkənin ali Hilal-e Pakistan ordenini təqdim edəcək.



Xatırladaq ki, Mehriban Əliyeva Pakistana 10 il ərzində humanitar yardım sahəsində gösdərdiyi xidmətlərinə görə mükafatlandırılacaq.


Mənbə
ANS PRESS