Ölkə
AZƏRTAC
Bu il Gədəbəyin iki kəndində yeni poçt binaları inşa ediləcək
Gədəbəy, 10 mart,
AZƏRTACƏhaliyə rabitə xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə keçən il Gədəbəyin Çobankənd və Göyərlilər kəndlərində müasir poçt binaları istifadəyə verilib. Bu il daha iki kənddə poçt binalarının inşası nəzərdə tutulub.
AZƏRTAC
xəbər verir ki, rayonun İnəkboğan və Çaldaş kəndlərində yeni poçt binalarının inşası üçün hazırlıq işləri görülür. İlin sonunadək istifadəyə veriləcək poçt binalarında əhaliyə müasir poçt xidmətlərinin göstərilməsi üçün hər cür şərait yaradılacaq.