Bu il Beyləqan və İmişlidə 100 hektar sahədə yeni meşəlik salınacaq
Beyləqan, 17 mart, Tahir Ağaməmmədov,
AZƏRTACYaz mövsümünün gəlişi ilə əlaqədar olaraq, Beyləqan və İmişli rayonları ərazisində meşə əkini işlərinə başlanılıb.
Beyləqan rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşəbəyisi Qismət Abbasov
AZƏRTAC-a bildirib ki, 2015-ci ildə Beyləqan və İmişli rayonlarının dövlət meşə fonduna aid ərazilərdə 100 hektar, o cümlədən yaz mövsümündə 31 hektar sahədə yeni meşəliklərin salınması nəzərdə tutulub. Artıq 29 hektarda göyrüş, tut və qarağac növlərindən ibarət yeni meşələr salınıb, mövcud meşələrdə bərpa işləri aparılıb. Kökləndirmək üçün 0,5 hektar sahədə 25 min ədəd qələm basdırılıb, 0,5 hektarda (20 min ədəd) sərv, tut və şam ağaclarından ibarət böyütmə sahəsi yaradılıb, 2 hektar sahədə tinglik səpilib. Hazırda yaz meşəsalma işləri davam etdirilir.
Payız mövsümündə daha 69 hektarda yeni meşəlik salınacaq.