Ölkə

Bu il Bərdədə yeni məktəb binaları istifadəyə veriləcək

Metbuat.az

Bərdə, 17 mart, Tahir Ağaməmmədov,

AZƏRTAC

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Bərdə rayonunda təhsil müəssisələrinin tikintisi və yenidənqurulması tədbirləri uğurda davam etdirilir.


Bərdə rayon təhsil şöbəsindən

AZƏRTAC

-a bildiriblər ki, Dövlət Proqramı çərçivəsində Nazırlı kənd 1 nömrəli tam orta məktəbi üçün 220 şagird yerlik, Qazaxlar kənd tam orta məktəbi üçün isə 180 şagird yerlik yeni binalar tikilərək istifadəyə verilib. Şəhər 7 nömrəli tam orta məktəbinin 380 şagird yerlik yeni binasının tikintisi başa çatıb. Hazırda Türkman kənd tam orta məktəbi üçün 260 şagird yerlik binanın inşası, şəhər 2,5 və 6 nömrəli tam orta məktəblərdə əsaslı təmir işləri davam etdirilir.


Yeni tikilən və əsaslı təmir edilən təhsil ocaqları bu il müəllim və şagirdlərin istifadəsinə veriləcək.