Bu gecə son 2 хoşbəхt klub müəyyənləşəcək
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. ANS PRESS-in məlumatına görə, bu gecə son iki 1/4 finalçı müəyyənləşəcək.
"Barselona" "Nou Kamp"da "Mançester Siti"ni qəbul edəcək. Kataloniya klubu səfər matçında "şəhərlilər"i 2:1 hesabı ilə yenib. Bu gün baş tutacaq matçı italiyalı FIFA referisi Canluca Roççi idarə edəcək.
Günün digər oyununda isə Dortmund "Borussiya"sı "Yuventus"u qəbul edəcək. Komandalar arasında ilk oyunda italyanlar qələbə qazanıb - 2:1. Matçda ədaləti serb Milorad Maziç qoruyacaq.
Qeyd edək ki, bundan əvvəl "Real", "Atletiko" (ikisi də İspaniya), PSJ, "Monako" (ikisi də Fransa), "Bavariya" (Almaniya) və "Portu" (Portuqaliya) 1/4 finala vəsiqə qazanıb.
Çempionlar Liqası
1/8 final
Cavab oyunları
17 mart
23.45 Barselona (İspaniya) - Mançester Siti (İngiltərə)
Hakimlər: Canluca Roççi, Elenito Di Liberatore, Canluca Kariolato, Alessandro Giallatini (İtaliya).
Əlavə köməkçi hakimlər: Paolo Taqliavento, Daniel Orsato (İtaliya).
İlk oyun - 2:1.
Barselona. "Nou Kamp" stadionu.
23.45 Borussiya (Dortmund, Almaniya) - Yuventus (İtaliya)
Hakimlər: Milorad Maziç, Milovan Ristiç, Dalibor Curjeviç, Deyan Petroviç (Serbiya).
Əlavə köməkçi hakimlər: Danilo Qruyiç, Deyan Filipoviç (Serbiya).
İlk oyun - 1:2.
Dortmund. "Signal İduna Park".
MənbəANS PRESS