Bu aviaşirkətin başı bəladadır - VİDEO
Delta Airlines günə bir qəza enişi edir
Nikaraquanın paytaxtı Manaqua aeroportunda "Delta" Airlines şirkətinə aid "Airbus 320" təyyarəsi təhlükəli eniş edib.
Anspress
-in məlumatına görə, “Gazeta.ru” xəbər verir ki, eniş zamanı təyyarənin göyərtəsində 124 sərnişin və 6 ekipaj üzvü olub. Layner Manaquadan Atlantaya səfər edirmiş. Təyyarə yerdən ayrılan kimi ekipaj komandiri şassi işində nasazılıqlar sezib və eniş barədə qərar qəbul edib.
Hadisə nəticəsində heç kim xəsarət almasa da, bu aviaşirkətin 3 günə 2-ci belə qəza enişidir. Belə ki, martın 5-də bu dəfə isə Atlantadan uçan "MD-88" tipli təyarə qəza enişi etmək məcburiyyətində qalıb. Nəticədə, içərisində 125 sərnişin olan eniş zamanı sürüşərək uçuş zolağından çıxıb. Təyyarədə olan sərnişinlərdən 6 nəfəri yüngül şəkildə xəsarət alıb.
Hadisədən sonra yağan qarın təhlükə yaratdığı səbəbilə ABŞ-ın federal aviasiya idarəsi hava limanının müvəqqəti bağlanması barədə qərar qəbul edib.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.