Dünya

Britaniyadan "Suriyaya gedən" gənclər Türkiyədə saxlanılıb

Metbuat.az
Suriyaya səyahət etməyə cəhd etməkdə şübhəli bilinən üç gənc Türkiyə hakimiyyəti tərəfindən saxlanılıb, Scotland Yard deyir.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, 3 nəfər - 17 yaşında olan iki oğlan və bir 19 yaşlı kişi - İstanbulda saxlanılıb.
 
Cümə günü onların itkin düşməsi bəyan olunandan sonra Birləşmiş Krallıq anti-terror işçiləri Türkiyə rəsmilərini xəbərdar etmişdi, London polisi deyib.
Sözügedən şəxslərin ailələri "bütün yeniliklər barədə məlumatlandırlıb", hüquq-mühafizə orqanları əlavə edib.
 
Scotland Yard deyib ki, ilkin olaraq anti-terror işçilərinə iki 17 yaşlı oğlanın itkin düşməsi və Suriyaya yollanması şübhələri barədə məlumat verilmişdi.
Araşdırmalardan sonra məlum olub ki, onlar üçüncü kişi ilə yola düşmüşdü.
 
Milli.Az