Digər
Trend
Milli.Az
Britaniya səfirliyi 6 gün işləməyəcək
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, eləcə də viza mərkəzi Pasxa bayramı ilə əlaqədar aprelin 3-6-da bağlı olacaq.
Trend
-in məlumatına görə, bu barədə səfirliyin Facebook səhifəsində deyilir.
Səfirlik və mərkəz işini aprelin 7-də bərpa edəcək.
Fransanın Bakıdakı səfirliyi və konsulluq şöbəsi isə yalnız aprelin 6-da bağlı olacaq. Bunu Trend-ə səfirlikdən bildiriblər.
ABŞ-ın Bakıdakı səfirliyi bayram günlərində adi rejimdə işləyəcək. Bunu Trend-ə bu ölkənin diplomatik nümayəndəliyindən deyiblər.
Milli.Az