Şou

Bred Pittlə Ancelina Colinin xoşbəxt evliliyinin sirləri

Metbuat.az
Hollivudun tanınmış cütlüyü Bred Pitt və Ancelina Coli ailə həyatını qorumaq üçün 5 mühüm qaydaya əməl edirlər.

Axşam.az-ın məlumatına görə, “InTouch Weekly”jurnalına müsahibə verən Coli həmin qaydaları sadalayıb:



1. Uşaqlarımız bizim üçün hər şeydən önəmlidir. Hərdən otelə gedib Bredlə baş-başa gün keçiririk.



2. İnternetdən mesajlaşmaq yerinə, bir-birimizə məktub yazırıq. Həmin kağızları ya ciblərimizə, ya da yastığımızın kənarına qoyuruq.



3. Dostlarımıza da vaxt ayırırıq. Hər birimizin ayrıca dost qrupumuz var.



4. 5 gündən bir 2 gün ayrı qalırıq. Buna“5-ə 1 qaydası” deyirik. Belə olanda bezmirik və bir-birimizdən ötrü darıxırıq.



5. Tətillərə çıxırıq, macəraları xoşlayırıq.