Dünya

​Braziliyada avtobus dərəyə aşıb, 43 nəfər ölüb

Metbuat.az

Bakı. 15 mart. REPORT.AZ/ Braziliyada sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ən azı 43 nəfər həyatını itirib, 11 nəfər yaralanıb.


“Report” xəbər verir ki, qəza martın 14-də Syerra-Fransisk – Kampu-Aleqri trassında baş verib.


Avtobus təqribən 400 metr dərinliyi olan dərəyə düşüb.


İlkin məlumatlara görə, sürücü o qədər də, qənaətbəxş olmayan yolda idarəetməni itirib.


Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.