Dünya

Braziliya sərt qənaət rejiminə keçir

Metbuat.az

[ 09 Mart 2015 17:05 ]



Bakı - APA. Braziliya iqtisadiyyatını dirçəltmək üçün hökumət sərt qənaət rejiminə keçir.

APA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Braziliya prezidenti Dilma Russef deyib.

"Qənaət rejimi iqtisadiyyatımız stabilləşənə qədər davam edəcək", - deyə prezident bəyan edib.

Bununla yanaşı, D. Russef qeyd edib ki, sərt qənaət rejiminin nəticələri yalnız 2016-cı ildə hiss olunacaq.

Qeyd edək ki, fevral ayında Braziliyada inflyasiya 12 illik maksimumu yeniləyərək 7,4%-ə çatıb.