Ölkə
Mənbə
ANS TV
BP TANAP-da səhmdar oldu (VİDEO)
BP rəsmən TANAP-ın səhmdarları sırasına daxil oldu.
ANS TV-nin məlumatına görə, bu gün İstanbulda BP ilə TANAP-ın digər səhmdarları SOCAR və BOTAŞ şirkətləri arasında sənəd imzalanıb. Sənədə əsasən, şirkət TANAP-da 12% paya sahib olacaq.
Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın “Şahdəniz” yatağından qazın Türkiyə-Gürcüstan sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur. İmzalanma mərasimində çıxış edən Türkiyənin enerji naziri Taner Yıldız TANAP-a qarşı maneələrdən danışıb.
Taner Yıldız qeyd etdi ki, bu layihədə iqtisadidən çox, siyasi problemlər çıxarmağa çalışdılar. Nazir bundan sonra layihənin önünü kəsəcək əngəllərin olmayacağına inanır.
ANS TV