Digər
Bolqarıstanın Azərbaycandakı səfiri Türkmənistanda da akkreditə olunacaq
Bolqarıstanın Azərbaycandakı səfiri
Mayya XristovaTürkmənistanda da akkreditə olunacaq. Bu barədə
TrendBolqarıstanın "Public Service Knowledge Network" portalına istinadən məlumat verir.
Bundan əvvəl Türmənistanla bağlı işlərə Bolqarıstanın Moskvadakı səfiri cavabdeh idi.
Məlumatda deyilir ki, Bolqarıstan hakimiyyəti energetika sahəsində təcrübəli diplomat kimi M.Xristovanın namizədləyini irəli sürüb. Belə ki, Bolqarıstanın bu sahədə Türkmənistanla daha sıx tərəfdaşlığa ehtiyacı var.
Xanım M.Xristova Azərbaycandakı diplomatik missiyanın başçısı təyin olunmamışdan əvvəl energetika nazirinin müavini vəzifəsində çalışıb.
Milli.Az
Milli.Az