Dünya
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
Bolqarıstan daşqınlarla üzləşib
Sofiya, 31 mart,
AZƏRTACBolqarıstanın cənub-qərb rayonları daşqınlarla üzləşib. Bir çox çaylar sahillərdən çıxıb, yollar və yaşayış yerləri, kənd təsərrüfatı tarlaları su altında qalıb. Daşqınların səbəbi martın əvvəlində yağan qarın əriməsi və güclü yağışlardır. Meteoroloqların proqnozuna əsasən, ölkə ərazisində yağışlar davam edəcək. Ətraf Mühit və Su Resursları Nazirliyi qəflətən baş verə biləcək daşqınlar barədə məlumat yayıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya