Bolqarıstan da Rusiyanın dəvətindən imtina etdi
Bolqarıstan Prezidenti
Rosen PlevneliyevMoskvada Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyi planlaşdırmır. Bu barədə
TrendRusiya mətbuatına istinadən məlumat verir.
Bolqarıstan dövlət başçısının mətbuat xidmətindən bildiriblər ki, müvafiq dəvətnamə alınıb, lakin Prezidentin Moskvada bayram şənliyində iştirakı planlaşdırılmır.
R.Plevneliyevin dəvətdən imtina səbəbi barədə məlumat verilmir.
Qeyd edək ki, Bolqarıstan rəsmi olaraq İkinci Dünya müharibəsində 1941-ci ildə Almaniya, İtaliya və Yaponiyanın tərəfində iştirak edib. Ölkə ABŞ və Böyük Britaniyaya müharibə elan edib, bununla belə, Hitlerin SSRİ-yə qarşı döyüşməyən yeganə müttəfiqi olub.
Xatırladaq ki, Rusiyanın dəvətindən artıq Almaniya Kansleri
Angela Merkel, Avropa Şurasının sədri və Polşanın sabiq Baş naziri
Donald Tusk, Polşa Prezidenti
Bronislav Komorovski, Litva, Latviya və Estoniya prezidentləri imtina ediblər. Bundan başqa, 9 May şənliklərinə Böyük Britaniyanın Baş naziri
Devid Kemeronda qatılmayacaq. Fransa Prezidenti
Fransua Ollandisə hələ son qərarını açıqlamayıb.
Milli.Az