Dünya

Boliviyada avtobus dərəyə düşüb, 12 nəfər ölüb

Metbuat.az

[ 17 Mart 2015 02:36 ]


Bakı-APA. Boliviyada sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində 12 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza ölkənin cənubundakı Çukisaka departamentində qeydə alınıb.

Naməlum səbəbdən içərisində 18 nəfərin olduğu avtobus 150 metr dərinliyi olan dərəyə aşıb.

Ölənlər arasında uşaqların da olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.