Dünya

“Boko Haram” silahlıları 400-dən çox qadın və uşağı girov götürüb

Metbuat.az

[ 24 Mart 2015 21:40 ]


Bakı-APA. “Boko Haram” terror qruplaşmasının üzvləri azı 400 nəfəri girov götürüb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, insident Nigeriyanın şimal-şərqində, Nigerlə həmsərhəd  Damasak şəhərində baş verib.

Bəzi məlumatlara görə,  girov götürülənlərin sayı 500-dən çoxdur. Terrorçular hücum zamanı 50-dək silahsız dinc sakini qətlə yetirib.

Qeyd edək ki, hökumət qüvvələri ölkənin şimal-şərq hissəsində xeyli ərazini nəzarətə alıb. Terrorçuların nəzarətində 3 rayon qalmaqdadır.