Dünya

“Boko-Haram”dan növbəti vəhşilik: 50-dən çox ölü

Metbuat.az

Nigeriyada fəaliyyət göstərən terror qruplaşması daha bir vəhşilik törədib.



ANS PRESS-in məlumatına görə, “Boko Haram” terror qruplaşmasının silahlıları Nigeriyanın şimal-şərqindəki Borno ştatında yaşayış məntəqələrini talayıblar. Bu barədə ştat administrasiyasının rəsmi nümayəndəsi Jubrin Qunda bildirib.



Xəbərdə bildirilir ki, ordudan qaçan yaraqlılar Njaba kəndində həyata keçirdikləri silahlı hücum zamanı 50-dən çox kəndlini öldürüblər. “Boko Haram” silahlılarının bölgədəki kommunikasiya xətlərini sıradan çıxarması səbəbilə ictimaiyyətin bundan gec xəbəri olub.



Qeyd edək ki, Nigeriyanın sərhəd qonşuları Kamerun, Benin, Çadm və Niger fevral ayının 7-də bölgədə təhlükə mənbəyi hesab edilən “Boko Haram”a qarşı 8 750 əsgər təlimatlandırılıb. Son üç həftədə təşkilata bağlı 500-dən çox silahlı öldürülüb.

Mənbə
ANS PRESS