Digər
Anspress
Milli.Az
Boğazı kəsildi, dedi yıxılmışam
Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb.
Anspress
-in məlumatına görə, hadisə Oqtay Şaban küçəsi 17 ünvanında baş verib.
Həmin ünvanda yaşayan
Aqşin Səlimovboğaz nahiyəsinin kəsilmiş-deşilmiş yara diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.
Zərərçəkmiş ilkin ifadəsində bıçaqlanmadığını, yıxılaraq xəsarət aldığını iddia edib.
Yaralının dediyinə görə, yaşadığı ünvanda ayağı büdrəyib və yıxılıb.
Elə bu zaman da naməlum metal parça onun boğazına batıb.
Faktı araşdıran Suraxanı rayon hüquq mühafizə orqanlarının əməkdaşları bütün qaranlıq məqamlara aydınlıq gətirəcək.
Milli.Az