Dünya

​BMT: "İŞİD-in cinayətlərinə beynəlxaq məhkəmədə baxıla bilər"

Metbuat.az

Bakı. 19 mart. REPORT.AZ/ İŞİD terrorçu qruplaşmasının cinayətkar əməllərinə Beynəlxaq Cinayət Məhkəməsində baxıla bilər.


"Report" "TASS"a istinadən xəbər verir ki, bunu

BMT

-nin İnsan Haqları üzrə ali komissarı Zeyd Raad əl -Hüseyn bildirib.


O, İraqdakı vəziyyətlə bağlı bu gün Cenevrədə yayılan hesabatda BMT-nin İnsan Haqları üzrə Şurasına İŞİD-in əməllərinin "soyqırım, inasanlığa qarşı cinayət və hərbi cinayət" kimi təsbit olunmasını tövsiyə edib.


Ali komissar bu məsələnin Beynəlxalq Cinayət Məhkəməsində baxılmasının mümkünlüyünü də vurğulayıb.


Əl-Hüseyn qeyd edib ki, günahkarlar öz qəddar əməllərinə görə beynəlxaq humanitar qanun qarşısında məsuliyyət daşımalıdırlar.


Ali komissar bunun üçün Şuranı "uyğun monitorinq və araşdırmanın aparılması ilə bağlı mexanizm yaratmağa" çağırıb.