Şou

“Biz də homoseksualıq, ancaq...”

Metbuat.az

İtalyan dizaynerlər Domeniko Dolçe və Stefano Qabbana ilə müğənni Elton Con arasındakı qalmaqal davam edir. 

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, italyan dizayner Dolçe müğənniyə cavab olaraq:

“Mən ənənəvi ailədə böyümüşəm, buna inanıram, fikrimi dəyişə bilmərəm. Digərlərinin yanaşmasına hörmətlə yanaşıram. Və hələ də Elton Conun musiqisini sevirəm” - deyə bildirib.

Dizayner Stefano Qabbana isə ortağının sözünə qüvvət kimi bunları əlavə edib:

“Biz də homoseksualıq. Eynicinsli cütlüklərə, evliliklərə  hörmət edirik. Ancaq bu, bizim fikrimizdir. Nəyə lazımdır boykot? İndi 2015-ci ildir, orta əsrlər deyil”.

Qeyd edək ki, qalmaqal dizaynerlərin “uşağın atası və anası olmalıdır”, “ailə - ənənəvi ailə deməkdir” sözlərindən sonra yaranıb. Neçə illərdir həmcinsi ilə evli olan və iki uşaq övladlığa götürən müğənni Elton Con bu sözlərə etiraz olaraq “Dolce&Gabbana” brendinin məhsulların boykota səsləyib.