Digər

Birinci xanım belə rəqs etdi (VİDEO)

Metbuat.az

ABŞ-ın birinci xanımı Mişel Obama qatıldığı verilişlərdən birində studiyada rəqs edib. ANS PRESS-in məlumatına görə, birinci xanım sağlam həyat tərzinə keçidi tərənnüm edən "Gəlin hərəkət edək" adlı şirkətin 5 illiyi münasibəti ilə Ellen Dedqeneresin şousunun qonağı olub.



Bir müddət o aparıcı ilə sağlamlıq barədə müzakirələr aparıb. Sonra isə aparıcının dəvəti ilə o studiyada rəqs etməyə razılaşıb.



Düzdür M.Obamada rəqqasların tempinə uymaq elə də asan başa gəlməyib. Belə ki, elə ilk cəhddən onun mikrafonu düşüb və o rəqsi yarımçıq saxlamalı olub. İkinci cəhddə Obama rəqqasların hərəkətlərini ustalıqla təkrarlaya bilib.


Rəqs "Uptown Fank" bəstəsinin sədaları altında qurulub.



Qeyd edək ki, bu ABŞ-ın birinci xanımının ilk səhnə şousu deyil. Belə ki, 2013-cü ildə xanım Obama moda sənayesində karyera qurmaq istəyən 150 tələbə üçün master klas keçib.



Mənbə
ANS PRESS