Digər

Bir piyadanı öldürüb digərini yaralayan sürücü qaçdı

Metbuat.az

Abşeronda avtomobil yolu keçən iki piyadanı vurub.



Anspress

-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə martın 5-də saat 20:00 radələrində Abşeron rayonu ərazisində baş verib.



Rayon ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Yardımlı rayon sakini

Maqsud Şəbiyev

və Zərdab rayon sakini

Nəsimi Əlövsətli

vurulublar. M.Şəbiyev hadisə yerində ölüb, N.Əlövsətli isə xəstəxanaya yerləşdirilib.



Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.



Milli.Az