Ölkə
AZƏRTAC
Bir diləyim var…
Bakı, 30 mart,
AZƏRTACTalassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara mənəvi dəstək və qayğı göstərmək məqsədi ilə martın 29-da "Bir diləyim var..." adlı rəsm sərgisi keçirilib.
AZƏRTAC
xəbər verir ki, sərgi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, "MN & Cosplay" şirkətinin və "Bignews.az" saytının maliyyə dəstəyi ilə Gənclər İctimai İncəsənət Birliyi tərəfindən təşkil edilib.
Gənc istedadların rəsmlərindən ibarət sərginin açılışında ictimaiyyətin nümayəndələri və incəsənət xadimləri iştirak ediblər.