Digər
Milli.Az
Bir ailənin 4 üzvü zəhərlənib
Ucarda bir ailənin 4 üzvü zəhərlənib.
Milli.Az
APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qazyan kəndində baş verib. Kənd sakini
Təyyar Sadıqov, onun həyat yoldaşı
Samirə Sadıqova, övladları
Rəvanvə
KənanSadıqovlar zəhərlənmə diaqnozu ilə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər.
Ailə başçısı T. Sadıqov axşam yeməyi vaxtı bazardan aldıqları xiyar və pomidordan yedikdən sonra vəziyyətlərinin kəskin pisləşdiyini və xəstəxanaya müraciət etdiklərini deyib.
Ucar Mərkəzi Rayon xəstəxanasının reanimasiya şöbəsinin müdiri
Gündüz Qasımovbildirib ki, hazırda uşaqların vəziyyəti kafi olsa da, valideynlərin müalicəsi xəstəxanada davam etdirilir.
Milli.Az