Ölkə
AZƏRTAC
Biləsuvarda keçirilən iməcilikdə 3 min 500-dən çox ağac və gül kolu əkilib
Biləsuvar, 18 mart, Mahir Babayev,
AZƏRTACİDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində martın 18-də Biləsuvarda növbəti iməcilik keçirilib.
AZƏRTAC
xəbər verir ki, idarə, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələrinin də qatıldığı iməcilik Biləsuvar şəhəri ilə yanaşı, rayonun bütün yaşayış məntəqələrini əhatə edib.
Aksiya çərçivəsində Əsgərabad-Muğan-Çaylı yolunun, Ələt-Astara magistralının ətrafında 3 min 500-dən çox ağac əkilib.
Qeyd edək ki, İDEA İctimai Birliyinin təşəbbüsünə qoşulan biləsuvarlılar təkcə ötən ilin payızında 6 minə yaxın ağac əkib. Həmin kampaniyanın bu ilin yaz-payız mövsümlərində də davam etdirilməsi və 10 mindən çox ağacın əkilməsi nəzərdə tutulub.