Sosial
Biləsuvar sakini qeyri-rəsmi nikah münasibətlərində olduğu qadını bıçaqlayıb
"Report"un xəbərinə görə, məlumatı
Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı yayıb.
Belə ki, Biləsuvar rayon sakini Elmar Hümmətli Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində kirayədə yaşadığı evdə qısqanclıq zəminində qeyri-rəsmi nigah münasibətlərində olduğu Gəncə şəhər sakini L.Əliyevaya bıçaqla xəsarət yetirib.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hümmətli tutulub. Faktla bağlı araşdırma aparılır.