Biləsuvar Rayon İcra Hakimiyyəti “Elektron hökumət” portalına qoşulub
Bakı, 17 mart,
AZƏRTACBiləsuvar Rayon İcra Hakimiyyəti “Elektron hökumət” portalına qoşulub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən
AZƏRTAC-a bildiriblər ki, artıq rayonun yerli icra hakimiyyəti orqanının “Vətəndaşların elektron qəbula yazılması” elektron xidməti portal üzərindən istifadəyə verilib. Bu xidmət vasitəsilə vətəndaşların Biləsuvar Rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxslərinin qəbuluna yazılması və prosesin onlayn izlənilməsi mümkün olub.
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 2015-ci ildə rabitə və yüksək texnologiyalar göstəricilərinin yaxşılaşdırılması üzrə tədbirlər planında il ərzində yerli icra hakimiyyəti orqanlarının göstərdiyi elektron xidmətlərin “Elektron hökumət” portalına inteqrasiya etdirilməsi nəzərdə tutulub.