Digər
Bəzi idarə və müəssisələr gücləndirilmiş iş rejimində çalışır
Yevlax Rayon Mərkəzi Xəstəxanasında çalışanlar üçün martın 20-dən 26-a kimi qeyri-iş günüdür.
Milli.Az El Tv-ə ( Region Tv) istinadən xəbər verir ki, bu müddət ərzində həkimlər növbəlilik əsasında vətəndaşlara xidmət edəcəklər. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Yevlax Regional Məntəqəsi, Təcili Tibbi Yardım Stansiyası tərtib edilən iş qrafiki əsasında fəaliyyətdə olacaq.
Bayram günlərində Yevlaxda baş verə biləcək cinayət hadisələrinin qarşısının alınması üçün bütün imkanlardan istifadə olunacaq. Asayişi pozmaq istəyənlərə qarşı ən ciddi addımlar atılacaq. Yevlax Rayon Polis Şöbəsi də artıq gücləndirilmiş iş rejimindədir.
Fövqəladə Hallar Nazirliyinin Yevlax Yanğından Mühafizə Hissəsi adi günlərdə olduğu kimi bayram günlərində də işləyəcək.
Milli.Az