Dünya
AZƏRTAC
Beynəlxalq Valyuta Fondu Kiyevə 5 milyard dollar həcmində ilk tranşını köçürüb
Bakı, 13 mart,
AZƏRTACBeynəlxalq Valyuta Fondu Kiyevə 5 milyard dollar həcmində ilk tranşını köçürüb. Bu barədə Ukraynanın Mərkəzi Bankı məlumat verib.
AZƏRTAC
Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bu il Kiyev BVF-dən 5 milyard dollarlıq daha bir tranş ala bilər. Təşkilat tərəfindən Ukraynaya göstəriləcək yardımın həcmi ümumilikdə 17,5 milyard dollar olmalıdır.
Kiyev ilk tranşın 2,2 milyard dollarını qızıl-valyuta ehtiyatlarının bərpa olunmasına sərf etməyi planlaşdırır. Tranşın digər hissəsinin isə Nazirlər Kabinetinə veriləcəyi bildirilir.