Beynəlxalq Tərcüməçilər Federasiyasının prezidenti Azərbaycan Dillər Universitetində olub
Bakı, 31 mart,
AZƏRTACMartın 31-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Beynəlxalq Tərcüməçilər Federasiyasının (BTF) prezidenti Henri Liunin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ADU-dan
AZƏRTAC-a bildiriblər ki, görüşdə S.Seyidov rəhbərlik etdiyi ali məktəbin yaranma tarixindən, beynəlxalq əlaqələrindən, təcrübə mübadilə proqramlarında iştirakından, universitetin tərcümə fakültəsinin fəaliyyətindən danışıb. Rektor Beynəlxalq Tərcüməçilər Federasiyası ilə ADU arasında əməkdaşlığın səmərəli olacağına inamını ifadə edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən H.Liu ADU ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Qonaq BTF-in fəaliyyəti, həyata keçirilən tədbirlər, prioritet istiqamətlər barədə ətraflı məlumat verib. H.Liu Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının 2012-ci ilin oktyabrında BTF-yə müşahidəçi üzv kimi qəbul edildiyini diqqətə çatdırıb.
Görüşdə əməkdaşlığın perspektivləri, qarşılıqlı təli