Ölkə

Beynəlxalq Daun Sindromu Gününə həsr olunan flaşmob

Metbuat.az

Bakı, 18 mart, Həsrət Mahmudova,

AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Gənclər Birliyi və “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi” Beynəlxalq Daun Sindromu Günü ilə əlaqədar flaşmob keçirib.


AZƏRTAC

xəbər verir ki, Park Bulvar alış-veriş mərkəzində təşkil olunan flaşmobda fərqli yaş qruplarını əhatə edən Daun sindromlu şəxslərin iştirakı ilə müxtəlif rəqs nömrələri nümayiş olunub.


Tədbirin məqsədi Daun sindromlu şəxslərin cəmiyyətə, sosial həyata inteqrasiyasının nə qədər böyük əhəmiyyət kəsb etdiyini və bu insanların nəyə qadir olduqlarını nümayiş etdirməkdir.