Ölkə

Beynəlxalq Bank başsız qaldı

Metbuat.az

Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının martın 18-də keçirilmiş iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar tutduğu vəzifəsindən azad edilməsi barəsində ərizəsi təmin edilib.



ANS PRESS xəbər verir ki, bu barədə Trend-ə Beynəlxalq Bankdan məlumat verilib.



İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müaviniEmil Mustafayevə həvalə edilib.



Azərbaycan dövlətini Bankda təmsil edən Maliyyə Nazirliyi həmin iclasda ölkənin ən iri bankının inkişafına gələcəkdə də tam dəstək olacağını bildirib.

Mənbə
ANS PRESS